
Hazırda region ölkələri arasında kartof ən yüksək qiymətə Türkiyə və İranda satılır. Yeniavaz.com-un apardığı araşdırmaya görə, region ölkələri arasında kartof ən aşağı qiymətə Ukrayna və Ermənistanda satılır.
Türkiyədə marketlərdə satılan kartofun 1 kiloqramının orta qiyməti 3,8 lirəyə (1,2 manat), İranda isə 28 riala (1,15 manat) bərabərdir.
Ukraynada marketlərdə satılan kartofun 1 kiloqramının orta qiyməti 10 qrivna (60 qəpik), Ermənistanda isə 180 dram (63 qəpik) olub.
Digər region ölkələrindən Qazaxıstanda kartofun 1 kiloqramı marketlərdə 145 tengəyə (65 qəpik), Gürcüstanda 1,3 lariyə (84 qəpik), Belarusda 1,1 rubla (87 qəpik), Rusiyada isə 37 rubla (95 qəpik) satılır.
Azərbaycanda isə marketlərdə satılan kartofun orta qiyməti 95 qəpiyə bərabərdir.
Qiymətlərdən də göründüyü kimi Türkiyə və İrandan sonra kartofun ən baha satıldığı ölkə Azərbaycandır.
1. Türkiyə - 1,2 manat (3,8 lirə)
2. İran - 1,15 manat (28 rial)
3. Azərbaycan - 95 qəpik
4. Rusiya - 95 qəpik (37 rubl)
5. Belarus - 87 qəpik (1,1 rubl)
6. Gürcüstan - 84 qəpik (1,3 lari)
7. Qazaxıstan - 65 qəpik (145 tengə)
8. Ermənistan - 63 qəpik (180 dram)
9. Ukrayna 60 qəpik (10 qrivna)