"Ağ çiçəyim"in sahibinə 100 min "atan"ın məhkəməsi başlayıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
Yeniavaz.com xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə İlqar Həsənlinin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.
 
Onu da bildirək ki, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdan artıq dələduzluq edib.
 
Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

DİGƏR XƏBƏRLƏR

Top