Komitə sədrindən Ombudsmana ÇAĞIRIŞ: “Bu məsələyə diqqət edilməlidir”


“Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur”.

Bunu parlamentin iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

İnsanların hüquqlarının qorunması ilə bağlı mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezdentinin hüquqları qanunla qorunur:

“Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib.
Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir.
Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir”.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top