Tramp Türkiyə və Hindistana qarşı güzəştləri ləğv edir


ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyə ilə ticarətdə güzəşt rejimlərini ləğv etmək niyyətindədir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, müvafiq bildirişi Konqresə göndərib. D.Tramp qərarını onunla izah edib ki, Hindistan Amerika şirkətlərinin öz bazarlarına bərabər və məntiqli girişinə zəmanət verməyib, Türkiyə iqtisadiyyatı güzəştin qüvvədə olduğu dövr ərzndə əhəmiyyətli dərəcədə möhkəmlənib, əhalinin gəlir səviyyəsi artıb. Qeyd edilir ki, güzəştlərin ləğvi Hindistanın ixracına ciddi təsir edə bilər, bu ölkə üçün Amerika bazarı əsas istiqamətdir (xaricə ümumi tədarüklərin 15 faizi). D.Trampın qərarı Türkiyə ixracatı üçün də mənfi effekt təşkil edir. Analitiklərin məlumatına görə, Türkiyə ABŞ-a öz mallarının 5,3 faizini (ixrac istiqamətinin əhəmiyyətinə görə altıncı) göndərir. Bununla belə, ABŞ Türkiyədən idxalın 0,4 faizini alır.

DİGƏR XƏBƏRLƏR

Top