Şəkidə 52 yaşlı kişi itkin düşüb - FOTO

 

Şəkidə 52 yaşlı kişi itkin düşüb.

Bununla bağlı DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, 1967-ci il təvəllüdlü, Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli palto və şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top