"YouTube"a ən çox video yerləşdirən nazirliklər - SİYAHI

Azərbaycanda dövlət qurumlarının "Youtube" səhifələrinin izləyici sayı açıqlanıb. Yeniavaz.com iqtisadçı-ekspert Rauf Qarayevə istinadən bildirir ki, bəzi nazirliklərin "Youtube" səhifələrinin abunəçi sayı çox azdır. Sıralama aşağıdakı kimidir: 

  1. Azərbaycan Təhsil Nazirliyi – 10231

  2. Azərbaycan Müdafiə Nazirliyi‎  – 9468

  3. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi‎ – 3288

  4. Azərbaycan Vergilər Nazirliyi‎ – 3277

  5. Azərbaycan Fövqəladə Hallar Nazirliyi‎ – 1901

  6. Azərbaycan Gənclər və İdman Nazirliyi – 563

  7. Azərbaycan Daxili İşlər Nazirliyi – 411

  8. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi – 368

  9. Azərbaycan Xarici İşlər Nazirliyi – 357

  10. Azərbaycan Səhiyyə Nazirliyi‎  – 248

  11. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 245

  12. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 113

  13. Azərbaycan Mədəniyyət Nazirliyi -86

  14. Azərbaycan Ədliyyə Nazirliyi‎ – 27

  15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi‎ -20

  16. Azərbaycan Sənaye və Energetika Nazirliyi – 21

  17. Azərbaycan Maliyyə Nazirliyi‎ – 10

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək olar ki, ən çox fəallıq məhz Təhsil Nazirliyindədir. Bunu rəqəmlər deyir. "Youtube"də Təhsil Nazirliyi 1820 video yerləşdirib. 2-ci yerdə abunəçi sayına görə Müdafiə Nazirliyi olsa da, video yerləşdirmə sayına görə (1213 video) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Digərlərin video sayı 1000-dən aşağıdır. 

DİGƏR XƏBƏRLƏR

Top