Azərbaycan neftinin qiyməti 67 dolları ötüb


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,87 dollar və yaxud 1,31% artıb.

Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,35 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top