Roma Papası Vatikanın məxfi arxivini üzə çıxaracaq

 Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bəyan edib.

Papa bu qərarı yəhudilərin  Papa Piyin Holokost hadisəsinə göz yumması iddiaları qarşısında qəbul edib. 

Arxivin 2020-ci il martın 2-də açılacağı bildirilir.

Qeyd edək ki, XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.

Holokost isə nasistlərin planlı şəkildə yəhudilərin kökünü kəsmək üçün həyatda keçirdiyi planı idi. 1933-cü ildən 1945-ci ilədək ümumilikdə 6 milyon yəhudi bu amasız planın qurbanı olub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top