Ermənistanın növbəti təxribatının qarşısı alındı


Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.


Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Estoniyanın Milli Kitabxanasında keçirilən Ermənistana dair kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib.

Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top