Planetin ən varlı kişi və qadını - FOTO


Planetin ən zəngin kişisinin adını açıqlanıb. Yeniavaz.com xəbər verir ki, "Amazon"un qurucusu Ceff Bezos bu il də "Forbes"in açıqladığı reytinq cədvəlinə liderlik edir. Onun hazırki sərvəti 131 milyard dollar təşkil edir. Ötən il də 112 milyard dollarla lider olan Bezos bu il sərvətini 19 milyard artırıb.

Bu ilin ən zəngin qadını “L`Oreal” kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir. "Forbes"ə görə onun sərvəti 49,3 milyard dollar təşkil edir. “L`Oreal”ın səhmlərinin 33 faizi Betankur-Mayers və yaxın qohumlarının payına düşür. 2018-ci ildə şirkətin səhmlərinin bahalaşması nəticəsində onun sərvəti 17% yəni 7,1 milyard dollar artıb. Mayers şirkətin qurucusu olan Ejen Şullerin yeganə nəvəsidir. Qeyd edək ki, Mayersin anası Lilian Betankur da 1987-ci ildən 2001-ci ilə kimi dünyanın ən zəngin qadını titulunu daşıyıb.

"Forbes" milyarderlərin tam siyahısını martın 5-i açıqlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top