Xuan Quaydo Venesuelaya qayıdıb


Venesuela müxalifətinin lideri, özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo öz "Twitter" səhifəsində ölkəsinə qayıtdığını elan edib.

Yeniavaz.com xəbər verir ki, o, hazırda öz sevimli torpağında olduğunu yazıb. Quaydo hava limanından birbaşa Karakasa tərəfdarları ilə görüşə gedib.

Hava limanında Quaydonu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.

Xatırladaq ki, Quaydo martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top