İranda helikopter qəzası: 5 ölü​

İranın cənub-qərbindəki Çaharmahal-Bahtiyari vilayətində tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran Fövqəladə Hallar Nazirliyinin sözçüsü Müctəba Halidi deyib. Onun sözlərinə görə, Çaharmahal-Bahtiyari vilayətində hamilə qadını götürmək üçün havaya qalxan helikopter Şəhrikürd şəhərində qəzaya uğrayıb. M.Halidi qeyd edib ki, helikopterdəki 3 nəfərlik heyət üzvü və 2 tibb işçisi həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top