Pakistan-Hindistan sərhədində gərginlik: 3 saatdan çox atışma oldu


Pakistan və Hindistan hərbçiləri Kəşmir nəzarət xəttində bir-birilərinə atəş açıblar.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Hindistan tərəfinin idddiasına əsasən, Pakistan qüvvələri Cammu və Kəşmirin Aknur bölgəsini ağır silahlarla atəşə tutub. Hinidtan buna qarşılıq verdiyini bəyan edib. İki ölkə sərhədində 3 saatdan çox davam edən intensiv toqquşmanın ardından Hindistan tərəfində ölən və yaralanın olmadığı deyilir.
 

DİGƏR XƏBƏRLƏR

Top