Ermənistan və İran Araz çayı üzərində nəhəng SES inşa etməyə hazırlaşırlar


Ermənistan və İran Araz çayının üzərində yeni SES (Su Elektrik Statsiyası) inşa etməyə hazırlaşırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təbii Sərvətlər Nazirliyindən "Sputnik Armeniya"ya verilib.
Məlumatda bildirilir ki, Ermənistanın İranla sərhədində yerləşən Meğri rayonunda gücü 100  MVt olacaq SES-in inşası ilə bağlı müzakirələr iki ölkə arasında 2006-cı ildən aparılır. 2010-cu ildə İran və Ermənistan arasında "Meğri SES"in inşası ilə bağlı memorandum imzalanıb. Lakin, maliyyə səbəbindən SES-in inşası təxirə salnıb. Ehtimal olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana son səfəri zamanı bu barədə də müzakirələr aparılıb və SES-in tikintisi ilə bağlı işlərin sürətləndirilməsinə qərar verilib.
İnşa olunacaq bu SES-də il ərzində 750-800 milyon kilovatsaata yaxın elektrik enerjisinin istehsal olunacağı proqnozlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top