Dollar kreditinə görə nə qədər kompensasiya alacağınızı belə hesablaya bilərsiniz - KALKULYATOR



Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin dollarla olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar elektron kalkulyatoru istifadəyə verib.
Yeniavaz.com xəbər verir ki, bu kalkulyator vasitəsilə kompensasiya məbləğlərinizi hesablamaq mümkündür. Bu linkə daxil olaraq  https://pk.fimsa.az/az/calculator elektron kalkulyatordan istifadə edə bilərsiniz. 

1. Güzəşt məbləği ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir;

2. Əsas kredit borcları üzrə cəmi qalıq məbləği kalkulyatorun müvafiq sahəsinə daxil edilir;

3. Əsas kredit borcları dedikdə, fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında kreditlərin əsas məbləğlərinin cəmi nəzərdə tutulur;

4. Digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top