Yol polisinə tabe olmayan sürücü görün nə etdi - VİDEO


Azərbaycanda avtoxuliqan onun qarşısını kəsən yol-patrul xidmətinin əməkdaşını təhqir edib. 

Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Kadrlarda 99-YP-210 dövlət nömrə nişanlı “BMW” markalı yol-patrul xidməti avtomobilinin 90-LJ-238 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilinin qarşısını kəsdiyi əks olunub.

Bu hadisədən qəzəblənən “VAZ-2107”nin sürücüsü avtomobili ilə yol polisi xidmətinin maşınına zərər yetirir. 

Bundan sonra avtomobili tərk edən sürücü yol polisi əməkdaşını təhqir etməkdən belə çəkinmir. 

Hadisənin dəqiq çəkilmə yeri və vaxtı məlum deyil. 

Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışırıq.


(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top