Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu


Balakəndə  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanılıb.  Şəxsi axtarış zamanı M. Mustafayevdən  0, 38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.   Onun ətrafında aparılan araşdırmalarla M. Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi təmiz çəkisi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb. 

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  şəhər sakini Abdulla Qallacov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman ümumi çəkisi 7,87 qram narkotik vasitə  qurudulmuş marixuana aşkar olunub.  Ətrafında aparılan araşdırmalar zamanı onun Kortala kəndi ərazisində əkib-becərdiyi ümumi çəkisi 132,52 qram olan çətənə bitkisinin hissələri də aşkar edilərək götürülüb.

Digər bir əməliyyat-axtarış tədbirləri  nəticəsində  Balakən şəhər sakini Rövşən Nəsibov saxlanılıb.  Şəxsi axtarış zamanı ondan 7,16 qram qurudulmuş marixuana aşkarlanıb.  R. Nəsibovun yaşadığı evə baxış keçirilən zaman oradan 4 ədəd çətənə bitki kolları aşkar edilərək götürülüb.

 Faktlarla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top