Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.
Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.
Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.