Xuan Quaido: "Əgər rejim məni tutmağa cürət edərsə..."


Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaido martın 4-də ölkəsinə qayıtmaq niyyətində olduğunu deyib.

O, qayıdan zaman hakimiyyətin onu tutmaq niyyətinə də münasibət bildirib:

"Əgər rejim məni tutmağa cürət edərsə, bu, onun son səhvlərindən biri olacaq".

Quaido bu addımın nəticələrindən biri kimi "əhalinin səfərbər ediləcəyini" göstərib.

"Həmçinin bizim beynəlxalq müttəfiqlərimizin bu hal ilə bağlı dəqiq təlimatları var", - deyə o bildirib.

Quaido fevralın 23-də Kolumbiyanın Kukutu şəhərinə gedib.(report)

DİGƏR XƏBƏRLƏR

Top