İranda deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub


İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub. İran parlamentinin deputatları bu gün ardıcıl 5 dəfə deputat seçilən Hüseyn Əmiri Xamkaninin əlaqədar təklifini araşdırıb və təsdiqləyiblər. Qərara əsasən 3 dəfə deputat seçilən şəxslər bir tur seçkilərə qatıla bilməyəcək və növbəti seçkilərdə namizədliyini irəli sürə bilər. 5 dəfə ardıcıl deputat seçilən Məhəmməd Rza Tabeş bu qərarın qanunvericilik sahəsində gənclərə fürsətin verilməsinə gətirib çıxaracağını deyib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top