Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli ikiotaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.