Ucarda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib


Ucarda yolu keçmək istəyən piyadaları minik maşını vurub. Hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadanın biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı əraziyə gələn YPX əməkdaşları tərəfindən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hazırda ölənlərin və hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma apatılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top