Ağdaşda qoyunlar kütləvi şəkildə tələf olub - SƏBƏB


Ağdaşın Hapıtlı kəndində qoyunlar kütləvi şəkildə tələf olub. Kənd sakini Qabil Əliyev fərdi təsərrüfatında olan qoyunlarına Ləki qəsəbəsindən baytarlıq aptekindən qurd xəstəliyi əleyhinə dərman alıb. Fermerin sözlərinə görə, həkim məsləhəti ilə dərmanları xırda buynuzlulara qəbul etdirdikdən bir qədər sonra heyvanlarda ölüm halı başlayıb. O bildirib ki, 90 baş qoynundan 15-i ölüb, yerdə qalanlar isə ölmək üzrədir. Q. Əliyev hesab edir ki, ölümə səbəb aptekdən aldığı dərman olub. Ağdaş rayon baytarlıq idarəsinin sahə baytar həkimi Əlyusif Məmmədovun sözlərinə görə, həqiqətən vətəndaşa məxsus 12 baş ana qoyun və üç quzu ölüb: “Ölmüş heyvanlardan nümunələr götrülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Cavablar çıxdıqdan sonra heyvanların hansı səbəbdən öldüyü bəlli olacaq”. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top