Kanadada isthelakçıları siqaretin zərərləri barəsində məlumatlandırmayan üç şirkətə ümumilikdə 15,5 milyard Kanada dolları (təxminən 11,6 milyon ABŞ dolları) məbləğində cəza verilib. Yeniavaz.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Qvebek ştatının Apellyasiya Məhkəməsi qərar çıxarıb. Məlumata görə, ilk dəfə 1998-ci ildə “Imperial Tobacco Canada”, “Rothmans Benson & Hedges” və “JTI-MacDonald” şirkətləri barədə məhkəməyə şikayətlər daxil olub. 2012-ci ildən etibarən isə məhkəmə prosesi başlayıb. 2015-ci ildə qərar çıxarılsa da, şirkətlər qərara etiraz ediblər və proses bu vaxta qədər uzanıb. Qeyd edək ki, hər üç qərara etiraz edərək məhkəmə işini Kanada Ali Məhkəməsinə daşımaq üçün 1 ay vaxt verilib.