İtaliya mafiyasının ən təhlükəli liedrlərindən biri həbs olunub


Neapolda İtaliya mafiyasının ən təhlükəli başçılarından biri həbs olunub. Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, 14 il axtarışda olan 38 yaşlı Marko Di Lauro polisdən gizlənmək üçün qadın paltarı geyinməkdən belə çəkinməyib. O, İtaliyada ən çox axtarılan cinayətkarların siyahısında ikinci olub. Bildirilir ki, bir neçə il bundan öncə Di Lauro xarici görünüşünü dəyişmək üçün plastik əməliyyat etdirib. Qeyd olunur ki, polis əməliyyat keçirərkən Di Lauro evində iki pişiyin əhatəsində makaron yeyirmiş. O, müqavimət göstərməyib.

DİGƏR XƏBƏRLƏR

Top