Marsın səthində qazma işləri aparılıb


NASA-nın "InSight” zondunun HP3 qazma qurğusu ilk dəfə olaraq Mars səthini 18-50 santimetr dərinliyində qazıb. Almaniya Aviasiya və Kosmonavtika Mərkəzinin məlumatına əsasən, aparat 4 saat ərzində "qırmızı planetin” səthinə 4 min zərbə endirib. Soyutma müddətindən sonra tədqiqatçılar qazma işlərinin ikinci mərhələsinə başlamaq niyyətindədir. Yaxın həftələrdə HP3 qurğusu vasitəsilə Mars səthinin 3-5 metr dərinlikdə qazılması planlaşdırılır. Bu, "qırmızı planetin” dərinliyindən gələn istilik axınını ölçməyə imkan verəcək. "InSight” zondu ötən ilin may ayında start götürüb və noyabrda Marsın "Elysium Planitia” dağətəyi rayonuna enib. Seysmometr və digər cihazlarla təchiz edilən aparat Marsın geoloji quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub.(Xezerxeber.az)

DİGƏR XƏBƏRLƏR

Top