Xadimə və bağbanların maaşları artırılıb


Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, ali kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 195 manatdan 220 manata, , 1-ci kateqoriya dövlət orqanlarında çalışanların aylıq vəzifə maaşları 185 manatdan 210 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışanların aylıq vəzifə maaşı 175 manatdan 200 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışanların aylıq vəzifə maaşı 145 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən qüvvəyə minir. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top