Məşhur MMA döyüşçüsü həbs olundu

 
Rusiyanın Kislovodsk şəhər məhkəməsi ötən gün polis əməkdaşları tərəfindən saxlanılmış MMA döyüşçüsü Aleksandr Yemelyanenkonu həbs edib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, A. Yemelyanenko İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsi üzrə təqsirli bilinərək 10 sutka müddətinə həbs olunub.
  
Döyüşçü məhkəmə iclası zamanı etiraf edib ki, həqiqətən də sükan arxasında sərxoş vəziyyətdə olub və polislərə qarşı kobudluq edib. Bununla belə, o, polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirib. A. Yemelyanenko özünün “Mercedes” avtomobilində dayanacaq qaydalarını pozub. Yol patrul xidmətinin əməkdaşları hadisə yerinə çatanda idmançı onlardan gizlənməyə çalışıb və təqib zamanı digər avtomobilə çırpılıb. Nəticədə A. Yemelyanenko polis şöbəsinə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top