Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb


Bu gün axsam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. 

Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top