“Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm!" - Xeyrəddin Qoca


Sabiq deputat, publisist Xeyrəddin Qoca Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə dünənki görüşündən təsirlənərək, dövlət başçısından səfir vəzifəsini istəyib.

X.Qoca “Facebook” vasitəsilə dövlət başçısına belə bir çağırış edib.

“Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!…”, – deyə X.Qoca üsyan edib.

YAP-ın qurucularından olan X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir. O, uzun illərdir işsizdir.(AzPolitika.info)

DİGƏR XƏBƏRLƏR

Top