“Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama - VİDEO - YENİLƏNİB


Babək prospektində magistral su xəttində qəza olub. 

 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib: 

“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.

17:10***

Bakıda su borusu partlayıb.

Hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Su xəttinin partlaması nəticəsində ətrafı su basıb və prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Baş vermiş qəzanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.


(ONA)

DİGƏR XƏBƏRLƏR

Top