Azərbaycanda "Facebook" istifadə edənlərin fəallığı sürətlə aşağı düşür - RƏQƏMLƏR


Son aylar Azərbaycanda "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin fəallığı sürətlə aşağı düşməkdədir.
Yeniavaz.com məşhur "Global stats" mərkəzinin açıqladığı məlumata istinadən bildirir ki, ötən ilin noyabr ayının yekunlarına görə Azərbaycanda sosial şəbəkə istifadəçilərin yarıdan çoxu - 51,5%-i "Facebook"dan istifadə edib. Lakin, bu ilin fevral ayının yekununda isə bu göstərici 36,4%-ə düşüb.
Fevral ayında "Facebook"dan sonra ən çox istifadəçi "Twitter" sosial şəbəkəsindən istifadə edib - 21,7%. Noyabr ayıında bu göstərici 7,2% olub. Göründüyü kimi son 4 ayda sosial şəbəkədən istifadə edənlərin ümumi sayında "Twitter" istifadəçilərinin payı kəskin artıb.
Növbəti yerdə 16,7%-lə "YouTube" sosial şəbəkəsi yer alıb. Noyabr ayında "YouTube"də bu göstərici 18,6% olub.

DİGƏR XƏBƏRLƏR

Top