ABŞ-da binanın üstünə təyyarə düşüb - FOTO


ABŞ-ın Florida ştatında kiçik bir təyyarə qəzaya uğrayıb və yaşayış binasının üstünə düşüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza zamanı pilot həyatını itirib. ABŞ mətbuatına yayılan xəbərlərə əsasən hadisə Floridanın Fort Lauderdeyl şəhərində baş verib. Təyyarə binanın 16 və 17-ci mərtəbələrinə çırpılaraq həyətdəki hovuza düşüb.
Piper PA-25 tipli təyyarənin pilotu ölsə də bina təcili boşaldılıb və xəsarət alan olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi isə hələ ki, məlum deyil.

 

DİGƏR XƏBƏRLƏR

Top