Fövqəladə Hallar Nazirliyi Bakıda idman kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.
Yeniavaz.com nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, "Vətən" futbol məktəbində baş verən yanğın artıq söndürülüb.