Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandı


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

Pirşağı sakini, 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu qəsəbə ərazisində naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 2 bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top