Hər kəsin bilmək istəyəcəyi 16 faydalı məsləhət

 
1.  Göyərtilərin daha təmiz olması üçün 15-20 dəqiqə sirkəli suda saxladıqdan sonra yuyun.
2.  Plovun dən-dən qalmasından ötrü bişirməzdən əvvəl 20 dəqiqə duzlu suda saxlayıb yağda qovurun.
3.  Saxladığınız cemin xarlanmasının səbəblərindən biri də cemi yaş qaşıqla götürməyinizdir. Qaşıq quru olsa, cem xarlanmaz.
4.  Qoğal və peçenyelərin kövrək olmasını istəyirsinizsə, içinə az miqdarda sirkə əlavə edin. 
5.  Keks bişirərkən yumurtaları farfordan hazırlanmış kasada çalsanız, yumurtalar qaralmaz.
6.  Makaronun suyu tez qaynasın deyə duz əlavə etməyin.
7.  Makaron qaynadarkən suyuna 1 qaşıq maye yağ tökün ki, makaronlar bir-birinə yapışmasın.
8.  Cem bişirərkən köpüklənməməsi üçün içinə qoz böyüklüyündə yağ atın.
9.  Balığın təzə olub-olmamasını bilmək üçün barmağınızla qarınına basın. Alınan çuxurluq dərhal düzəlirsə, demək balıq təzədir.
10.  Kartof qaynadarkən suyuna 1 qaşıq sirkə ya da 1 ədəd limonun şirəsini tökün ki, kartoflar daha sarı olacaq.
11.  Cəfəri və şüyüdü saxlamaq üçün yuduqdan sonra kağız dəsmal üzərinə sərib suyunun süzülməsini gözləyin. Sonra şüşə qaba yığıb qapağını bağlayın və soyuducuya qoyun.
12.  Banan qabığı ələ dəyən mürəkkəb ləkələrini asanca çıxarır.
13.  Turşunu sərin havada hazırlayın. Çünki turşu sərin yerdə daha tez yetişir, xarab olmur.
14.  Turşu üçün istifadə edəcəyiniz tərəvəzlər təzə olmalı, yaxşıca yuyulmalıdır.
15.  Yumurtanın sarısını bir neçə gün saxlamaq üçün üzərini örtəcək qədər su tökə və soyuducuda saxlaya bilərsiniz.
16.  Ütünün alt hissəsi qaraldığı üçün ləkə buraxırsa, ağ kağızın üzərinə bol miqdarda duz tökün. Sonra ütünü taxılı halda içinə su tökmədən duzun üzərində 10 dəqiqə saxlayın.
 

DİGƏR XƏBƏRLƏR

Top