Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradıldı


Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.

Səhiyyə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top