Narkoloji Mərkəzlə bağlı məhkəmə işi təxirə salındı



Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 
Yeniavaz.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə hadisə baş vərən gün mərkəzdə kameraların lentə aldığı kadrlar izlənilib. 
Daha sonra mərkəzin sanitarı Amid Quliyev dindirilib. O bildirib ki, yanğının baş verdiyini koridorda qışqıran xəstələrdən eşidib və müdaxilə etməyə çalışıb. Daha sonra o baş veren hadisələri təfərrüatı ilə məhkəmə heyyətinə danışıb. 
Hadisə zamanı dünyasını deyişen İmanov Akifin bacısı İmanov Arifə isə etiraz edərək səsləndirilən fikirlərin qərəzli olduğunu deyib. 
Məhkəmə sədri Azər Paşayev Amid Quliyəvə növbəti məhkəmə prosesində də iştirak etməyi tapşırıb ve məhkəmə təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top