Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlandı

Azərbaycanda turizm agentlikləri Milli Parklarla işləməyə maraq göstərmirlər.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi parkların da sayını açıqlayıb:

“Bu Milli Park Göygöl Milli Parkıdır. Göygöl Milli Parkı yeni açıldığı bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib. 2017-ci illə müqayisədə 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı doqquz, Şahdağ Milli Parkına gedənlərin sayı üç, Hirkan Milli Parkına gedənlərin sayı iki, Abşeron Milli Parkına gedənlərin sayı iki dəfə artıb”.

Hikmət Əlizadə bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli qərarı ilə Milli Parka girişin, yüksək dağlıq ərazilərdə bələdçilik xidmətinin və professional video və foto çəkilişlərin ödənişli əsaslarla olur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top