Direktoru döyən aktyorla bacısı oğlunun məhkəməsi başlayır


Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin məhkəməsi başlayır.

Adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası martın 4-də Nizami Rayon Məhkəməsində keçiriləcək. Prosesə hakim Ələddin Cəfərov sədrlik edir. 

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rza Rzayev və Toğrul İbrahimli Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top