Hava Nəqliyyatı Baş Gömrük İdarəsi də bizimlə eyni məsuliyyəti daşıyır - Təqsirləndirilən şəxs


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə təqsirləndirilən şəxs qismində Gömrük Komitəsinin Tibbi Xidmət İdaresinin rəis müavini Fərman Məmmədli dindirilib. O bildirib ki, Gömrük Kömitəsinin Tibbi Xidmət İdarəsinə alınan bütün növ avadanlıqlar daxili bazardan alındığı üçün bu ciddi maddi itki demək idi. Ona görə də biz, gömrük rüsumlarında müəyyən güzəştlərlə bütün avadanlıqları, o cümlədən dərman preparatlarını xaricden almağa başladıq. Dərmanların satılması məsələsinə gəldikdə isə Fikrət Qədiməliyəv idarədə satış bölməsi ve mühasibatlıq yaratmışdı. Mənim ümumiyyətlə tibbi işlərdən başım çıxmadığı üçün bu prosesin necə işlədiyini bilmirəm. 

Məsələ ilə bağlı Maliyyə Nazirliyi bizim idarədə də araşdırma apardı ve məlum oldu ki, burada 15 milyonluq yeyinti olub. Bizim idarədə bütün əməkdaşların əməkhaqqını Fikrət Q. təyin edirdi. 
Bütün bu prosesler Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdıyevlə Fikrət Q-nin razılaşması əsasında baş verib. Mümkün deyil ki Fikret müəllimin icazəsi olmadan idarədə bir proses baş versin. Mənim işim sadece ondan ibarət olub ki, mənə gələn maliyyə sənədlərini Fikrət müəllimə verirdim. 
Bizdə həmçinin türkiyəli Atanur Ateş adlı proqramçı da işleyirdi. O da mənim vasitəçiliyimlə Fikrət Q-dan icazə alaraq dərman preparatları gətirirdi. 
Fikrət Q. hər ay 8000 əməkhaqqı ve hospitalın gəlirlərinin 20 faizini alırdı ki, bu da təxminən 300 min manata beraber idi. Hosbitalın həkimlərindən isə ayda 170 min manat belə alan var idi. 
Fərman Məmmədli bildirib ki, Hava Neqliyyatı Baş Gömrük idarəsi de bizimlə eyni məsuliyyəti daşıyır ve onlar da məsuliyyətə cəlb olunmalıdırlar. 


Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.
Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.
DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

DİGƏR XƏBƏRLƏR

Top