Mübariz Mənsimov 100 milyonlarla dollar itirib? - Forbes AÇIQLADI


Dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes" jurnalı Türkiyənin ən varlı insanlarının siyahısını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, "Forbes" jurnalının "Ən Zəngin 100 Türk" adlı hesabatına daxil edilən şəxslərin ümumi sərvəti  99,9 milyard dollara bərabər olub. Son bir ildə onların ümumi sərvətləri 21,5 milyard dollar azalıb.  Milyarderlərin, yəni 1 milyard dollardan çox  sərvəti olanların sayı isə ötən il 40 nəfər olduğu halda bu il 29-a düşüb.
"Ən Zəngin 100 Türk"lərin siyahısına Erman Ilıcak başçılıq edib. "Rönesans" Holdinqin sahibi olan bu şəxsin 3,8 milyard dollar sərvətinin olduğu bildirilib. Son beş ildə Türkiyənin ən varlı şəxsi hesab olunan "Yıldız Holdinqin" sahibi Murat Ülker isə 2-ci sıraya geriləyib. Onun ümumi sərvəti isə 3,7 milyard dollar olub.  "Fiba Holdınq"in sahibi Hüsnü Özyeğin  və "Samumed"in sahibi Osman Kibar siyahının 3-cü və 4-cü sıralarında yer alıblar. Onların hər birnin 2,1 milyard dollar sərvətlərinin olduğu qeyd olunub.
Növəti - 5-ci və 6-cı sıralarda  sərvətləri 2 milyard dollar olan  daha  2 türk - Ferit Şahenk ("Doğuş Holdinq") və Semahat Arsel ("Koç Holdinq") qərarlaşıblar.
Siyahıda diqqət çəkən məqamlardan biri də odur ki, artıq 3 ildir Azərbaycan əsilli iş adamı, "Palmali" şirkətinin sahibi Mübariz Mənsimov  "Ən varlı 100 türk"ün arasında yer almır.
Məlumat üçün bildirək ki, Mübariz Mənsimovun adı uzun illər "Forbes"in açıqladığı "Ən varlı 100 türk"ün arasında ilk sıralarda yer alıb. Hətta 2015-ci ildə 1,3 milyard dollar sərvəti ilə Mübariz Mənsimov "Ən varlı 100 türk"ün arasında 18-ci sırada yer alıb.
Onu da bildirək ki, "Forbes"in "Ən varlı 100 türk" adlı hesabatına düşə bilmək üçün 500 milyon dollardan artıq sərvətə sahib olmaq lazımdır. 2015-ci ildə Mübariz Mənsimovun 1,3 milyard dollar sərvətinin olduğu və son 3 ildə siyahıya düşə bilmədiyini nəzərə alsaq, o zaman Mənsimovun son bir-neçə il ərzində 100 milyonlarla dollar itirdiyini söyləmək olar.
 
 

DİGƏR XƏBƏRLƏR

Top