Belarus və Rusiyanın ortaq pulu ola bilər


Belarus Rusiya ilə birlikdə ümumi valyutanın yaradılmasına qarşı deyil, lakin bu, nə rus, nə də Belarus rublu olmalıdır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib: “Biz lehinəyik. Əlbəttə ki, bu, rubl olacaq, sizin rublunuz var, bizimdə də rublumuz var. Lakin bu, nə Rusiya, nə də Belarus rublu olacaq. Bu bizim ümumi rublumuz olacaq”. Bununla belə, A. Lukaşenko pulun buraxılacağı yerin önəm kəsb etmədiyini deyib: “Harada olması vacib deyil, qoy, Sankt-Peterburqda, Rusiya Prezidentinin vətənində, sevimli şəhərimdə olsun. Qoy, orada olsun”. O, iki ölkəni daha da yaxınlaşmalı olduğunu qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top