Türkiyədə telekanal fəaliyyətini dayandırdı - "Təzyiqlər dözülməz hala gəldi"


Türkiyədən ilk yayım həyata keçirən, ölkənin isə ikinci özəl telekanalı “Flash TV” bu gecədən etibarən yayımını dayandırmaq qərarına gəlib. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, telekanal yayımını 2 ay müddətinə dayandıracaq. “Flash TV” qərarını belə izah edib: “Uzun müddətdir yaşadığımız və artıq dözülməz hala gələn təzyiqlər səbəbindən bir müddət səsimizi kəsirik. Bəzi məmurların hüquqi tanımayan addımları: idarəetmə, siyasi və maliyyə təzyiqləri dözülməz hala gəldi. Bütün işçilərimizin və iş tərəfdaşlarımızın zərər görməsinin qarşısını almaq və 28 illik özəl televiziyaçılıq tariximizə kölgə salmamaq üçün yayınımıza bir müddət ara vermək qərarına gəldik”.

DİGƏR XƏBƏRLƏR

Top