Samuxda məktəbdə yanğın olub? - Direktordan açıqlama


Samux rayonu Tatlı kəndinin məktəb binasında baş verən yanğında xəsarət alanların olması ilə bağlı məlumat əsassızdır. Bunu Yeniavaz.com-a məktəbin direktoru Tacirə Məmmədova deyib. 
O bildirib ki, məktəbdə baş vermiş yanğın hadsəsi ilə bağlı məlumatlar əsassızdır: "Məktəbdə heç bir yanğın hadisəsi baş verməyib. Sadəcə olaraq  odun sobası ilə qızdırılan sinifdə alovun bacadan çoxlu çıxması səbəbindən azbest borular qoyulmuş tüstü bacasında partlama səsləri eşidilib və çoxlu tütstü görünüb. Səs və tüstüdən həyacanlanan şagirdlər üçün ilkin olaraq lazımı təxliyyə tədbirləri görülüb və şagirdlər məktəbin həyətinə çıxarılıblar. Hadisədən həyəcanlanan kənd sakinlərindən biri yanğından mühafizə idarəsinə zəng vurub. Saytlar isə bu hadisəni fərqli formada yazıblar və bzim məktəbin deyil başqa bir yerin yanan formada şəklini yerləşdiriblər".

DİGƏR XƏBƏRLƏR

Top