Erməni mətbuatı: Rusiya vətəndaşları Dağlıq Qarabağda hərbi xidmət keçir - VİDEO


Ötən həftə işğal altında olan Dağlıq Qarabağda hərbiyə çağırılan əsgərlərin andiçmə mərasimləri keçirilib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, hərbi xidmətə çağırılan gənclərin oxuması üçün nəzərdə tutulan  "hərbi and"lar iki dildə - rus və erməni dillərində yazılıb. epress.am xəbər saytı yazır ki, rus dilində yazılan "hərbi and"lar hərbi xidmət üçün Rusiyadan Dağlıq Qarabağa gələn əsgərlər üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Ermənistan və Rusiya arasında bağlanan müqaviləyə görə Rusiya vətəndaşı olan ermənilər hərbi xidmətlərini Ermənistanda yerləşən Rusiya hərbi hissələrində keçə bilərlər. Lakin, yazılanlardan belə görünür ki, erməni əsilli bəzi Rusiya vətəndaşları işğal altındakı Azərbaycan ərazilərinə göndərilir.
Erməni mətbuatında yer alan məlumatda həmçinin qeyd olunur ki, "hərbi and"ın erməni dilində yazılan mətnində "Ermənistan Silahlı Qüvvələrinin sırasına daxil olmaq" ifadəsi yazıldığı halda, rus dilində yazılan mətnində dəyişdirilərək "Dağlıq Qarabağ  Silahlı Qüvvələrinin sırasına daxil olmaq" ifadəsi ilə əvəzlənib.

 

DİGƏR XƏBƏRLƏR

Top