Davada yaralanan tələbələr necədir? - Universitetdən açıqlama


“Səkkiz minə yaxın tələbəmiz var və biz onların universitetdən kənar fəaliyyətinə nəzarət edə bilmərik”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri qafqazinfo-ya Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva dünən baş verən davayla bağlı açıqlamasında deyib. O bildirib ki, ilkin məlumata görə, dava gecə saat 2 radələrində olub:

“Universitet tələbələrimizin adlarının bu kimi hadisələrdə hallanmasına çox təəssüflənirik. Davada iştirak edən 9 nəfərin adı çəkilir, onlardan yalnız 4-ü bizim universitetdə oxuyur. Qalanlarının Sumqayıt rayon sakini olduğu bildirilib. Valideynlərlə əlaqə saxlamışıq, onlar da davanın səbəbini bilmir. 

Hazırda 3 tələbəmiz: Nəqliyyat fakültəsi, 3-cü kurs tələbəsi Möhübbət Vəlizadə, Tikinti-iqtisad fakültəsi, 2-ci kurs tələbələri Abbas Zeynalov və Zili Əliyev xəstəxanadadır, vəziyyətləri normaldır. 

Rəhbərliyin tapşırığı əsasında dekan və müavini xəstyəxanadadır.

Hazırda davanın səbəbi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top