Fonda toplanan vəsait açıqlandı


Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, cari il martın 1-dək fonda 97 milyon 647 min 955,09 manat, 213 min 577,88 ABŞ dolları, 15 min 736 avro və 5 min rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top