Qazaxda tələbə qızı avtomobil vurub


Qazax şəhərində 17 yaşlı piyadanı avtomobil vurub.

Şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Nigar Məmmədovanı avtomobil vurub.

O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, N.Məmmədova Qazax şəhərində kollecdə oxuyur.

Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top