İŞİD üçün rəmzi önəmə malik olan kəndi azad edildi

Suriyanın şimalındakı İŞİD terror təşkilatı üçün rəmzi önəmə malik Dabıq kəndi Azad Suriya Ordusu (ASO) tərəfindən ələ keçirilib. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyat çərçivəsində kəndin azad edilməsi üçün ASO-ya havadan dəstək verib.

Bundan başqa, əməliyyat çərçivəsində Hələb vilayətinin Soran bölgəsi də İŞİD-dən azad edilib.

Qeyd edək ki, İŞİD Dabıqda “müsəlman olmadığı inandığı qüvvələrlə” aparılacaq müharibə ilə “qiyamət”in başlayacağına inanır.

DİGƏR XƏBƏRLƏR

Top